TOP 10

"Bursaspor"un hücumçusu "Qarabağ"a keçidi haqda Sport24.az-a danışdı: "Müqaviləni Albaniyada imzalayacağıq"

Futbol
Tarix: 2018-07-23 11:14

"Bursaspor"un konqolu futbolçusu Con Delarj "Qarabağ"a transferi haqda danışıb. 26 yaşlı hücumçu Sport24.az-a açıqlamasında Ağdam klubuna keçidinin demək olar ki, həll olunduğunu bildirib: "Rəsmi müqavilə imzalamamışıq. Amma yaxın günlərdə rəsmi müqaviləyə imza atacağıq. Hazırda Türkiyədəyəm. Yəqin ki, “Qarabağ”la münasibətləri Albaniyada rəsmiləşdirəcəyik. Komandanın orda “Kukesi” ilə oyunu var”.

 

Xatırladaq ki, "Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsində "Kukesi"ylə ilk matçını iyulun 25-də səfərdə keçirəcək. 

 

MEHMAN SÜLEYMANOV

14 Noyabr 2018
13 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB