TOP 10

Cüdoçumuz Praqada gümüş medal qazandı

Cüdo
Tarix: 2018-07-23 00:25

Çexiyanın paytaxtı Praqa şəhərində gənc cüdoçuların Avropa Kuboku yarışına yekun vurulub. Sport24.az xəbər verir ki, mötəbər turnirin ikinci günündə millimiz aktivinə daha bir medal yazdırıb.

 

81 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Murad Fətiyev yalnız final qarşılaşmasında üstünlüyü əldən verərək Avropa Kubokunun gümüş medalına sahi olub.

 

Bununla da, cüdoçlarımız yarışı 2 qızıl, 3 gümüş və 4 bürünc medalla başa vuraraq ümumi medal sayında ikinci olublar.

 

Qeyd edək ki, 39 ölkədən 430 (280 oğlan, 150 qız) cüdoçunun qüvvəsini sınadığı qitə turnirdə Azərbaycan millisi 17 (12 oğlan, 5 qız) cüdoçu ilə təmsil olunub.
 

14 Avqust 2018
13 Avqust 2018
B.eÇ.aÇC.aCŞB