TOP 10

Ömər Cavadov Avropa birinciliyinin qalibi oldu

Digər
Tarix: 2018-07-22 23:15

Bu gün İtaliyanın Milan şəhərində 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi start götürüb. Sport24.az xəbər verir ki, 40-a yaxın ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak etdiyi turnir həmçinin Argentinanın paytaxtı Buenos-Ayresdə baş tutacaq Yeniyetmələrin 3-cü Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

 

Milandakı birincilikdə Azərbaycan yığma komandası da geniş heyətlə iştirak edir. İlk yarış günündə Muxtarlı Günel yaşı 15-ə qədər olan qızların mübarizəsində 44 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz birdən qaldırma hərəkətində 42 kq-ın öhdəsindən gəlib. Təkanla qaldırma hərəkətində 55 kq-ı ram edib. Toplam 97 kq (42+55) nəticə ilə Günel Muxtarlı Avropa birinciliyində 6-cı yeri tutub.

 

Qarayeva Selcan isə yaşı 15-ə qədər olan qızların mübarizəsində 48 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz birdən qaldırma hərəkətində 50 kq-ı başı üzərinə qaldırıb. O, təkanla qaldırmada 66 kq-ın öhdəsindən gəlib. Toplam 116 kq (50+66) nəticə göstərən Selcan Qarayeva bu çəkidə 7-ci yeri tutub.

 

Elvin Şükürzadə yaşı 15-ə qədər olan oğlanlarda 50 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz birdən qaldırma hərəkətində hər üç yanaşmanı uğurla yerinə yetirib və 78 kq nəticə ilə bu hərəkətdə Avropa birinciliyinin kiçik gümüş medalçısı adını qazanıb. Təkanla qaldırma hərəkətində Elvin 95 kq çəkinin öhdəsindən gələ bilib. Bununla o, bu hərəkətdə 6-cı olub. Toplam 173 kq (78+95) nəticə ilə Şükürzadə Avropa birinciliyinin yekun sıralamasında 4-cü yeri tutub. Onu medaldan cəmi 1 kq ayırıb.

 

Ömər Cavadov yaşı 17-yə qədər olan oğlanlarda 50 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz möhtəşəm çıxış nümayiş etdirib. O, birdən qaldırma hərəkətində hər üç yanaşmanı uğurla yerinə yetirib və 88 kq nəticə göstərib. Bununla o, bütün rəqiblərini üstələyib və bu hərəkətdə qızıl medal qazanıb.

 

Ömər eyni uğuru təkanla qaldırma hərəkətində də davam etdirib. Atletimiz bu dəfə 102 kq-ı ram edərək bu hərəkətdə Avropanın gümüş medalçısı olub.

 

Toplam 190 kq (88+102) nəticə göstərən Ömər Cavadov Avropa birinciliyinin qalibi adını qazanıb. Öz çəkisində rəqib tanımayan atletimiz möhtəşəm uğura imza atıb.
 

17 Oktyabr 2018
16 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB