TOP 10

“Bir dəqiqəlik sükut”: işığı sönmüş futbolumuz

Futbol
Tarix: 2018-07-20 03:41

Bitdi. Qitəmiqyaslı yarışların 2018/19 mövsümünün Avroliqa sərgüzəştlərinin həyatı cəmi 7 gün sürdü. Cümə axşamında 7 gün ömür sürmüş Avropa Liqasının  ruhuna salavat zikr edək.

 

İstər “Keşlə” olsun, istər “Qəbələ”, istərsə də “Neftçi” – hər üç təmsilçimizin mərhələ adlayacağı gözlənilən idi. İlk ikisinin rəqibləri Malta və Lüksemburq təmsilçiləri idi ki, bu ölkələrin komandaları “pirojki dövrü”ndə belə Azərbaycan komandaları qarşısında aciz olublar. “Neftçi” isə həm yeni mövsümə hazırlıq dönəmində, həm səs-küylü transferlər, həm də ilk qarşılaşmadakı parlaq qələbəsi ilə hər kəsi inandırmışdı. İnandırmışdı ki, 7 gündən sonra “göyün yeddinci qatı”ndan yerə çırpsın...

 

“Keşlə”ylə “Qəbələ”nin avrokubok mövsümünün cəmi 7 gün davam edəcəyi ilk oyundan sonra məlum idi. Düzdü, məşqçi korpusundakı dəyişiklik “Keşlə”ni diriltmişdi. Lakin Maksimov izi yekunda həlledici rolunu oynadı və sabiq “bankirlər” ilk mərhələdəcə ələndilər.

 

“Qəbələ” isə fərqli səhvə yol vermişdi. Məsələn, Roman Qriqorçuk “Proqres”lə ilk oyunun fasiləsində açılmamağı tövsiyə edib, 2-ci hissədə səbrli davranmağı və “stavka”nı səfər qarşılaşmasına edərdi. Sənan Qurbanov isə... -2! Lüksemburqdakı minimalhesablı qələbə heç bir acıya məlhəm olmadı.

 

“Neftçi”nin məğlubiyyətinə gəlincə, oyunu Robertoo Bordin uduzdu. O, müdafiə xəttində Barezi, Maldini, Nesta, Kannavaro ilə sərəncamındakı futbolçuları səhv salaraq, 5 müdafiəçiylə oynamağı, Bakıda qazanılan üstünlüyü qorumaq qərarı vermişdi. Doğrudu, fasilədən sonrakı 45 dəqiqədə dönüş yaratmaq mümkün idi. Ancaq italiyalı mütəxəssis bunu bacarmadı.

 

Artıq idman mediasında ötəngünkü tarix “qara cüməaxşamı” kimi qələmə verilib. 19 iyul 2018-ci il – bu tarix Azərbaycan futbolunda hər zaman “1 dəqiqəlik sükut”la yad olunacaq.

 

CEYHUN ƏLIYEV

 

P.S. İyulun əvvəlində ölkə qaranlığa qərq olmuşdu. Ötən gecə isə futbolumuzun işığı söndü.   
 

14 Noyabr 2018
13 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB