TOP 10

Daha bir milli komanda baş məşqçisiz qaldı

DÇ-2018
Tarix: 2018-07-18 09:34

Futbol üzrə Panama yığması baş məşqçisiz qalıb. Sport24.az xəbər verir ki, sözügedən komandanı çalışdıran Ernan Dario Qomes istefa verib. 


Bu barədə Panama Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Baş məşqçinin vida məktubunu yayımlayan federasiya sonda ona yeni işlərində uğurlar arzulayıb.


Qeyd edək ki, 62 yaşlı mütəxəssis 2014-cü ildən Panama yığmasını çalışdırırdı. Onun rəhbərliyi altında bu komanda tarixində ilk dəfə dünya çempionatında iştirak etdi. Lakin Rusiyada təşkil olunmuş DÇ-2018-də qrup mərhələsinin hər üç oyununu məğlub başa vuran panamalılar mundiala erkən vida etdilər.


Artıq Ernan Dario Qomesin yeni iş yeri də məlumdu. Təcrübəli mütəxəssis bundan sonra Ekvador yığmasını çalışdıracaq.
 

19 Oktyabr 2018
18 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB