TOP 10

Çempiona 38 milyon dollarlıq mükafat

DÇ-2018
Tarix: 2018-07-16 12:29

Rusiyada təşkil olunmuş futbol üzrə dünya çempionatının finalında Xorvatiyaya qalib gəlməklə tarixində ikinci dəfə dünya çempionu adını qazanmış Fransa millisinin qazanacağı mükafatın məbləği açıqlanıb. Sport24.az xəbər verir ki, FİFA Fransa Futbol Federasiyasına 38 milyon dollar mükafat ayıracaq.


Qeyd edək ki, DÇ-2018-in ümumi mükafat fondu 400 milyon dollar idi. FİFA mükafat bölgüsünü hələ 2017-ci ilin oktyabr ayında açıqlamışdı. Məhz həmin bölgüyə əsasən finalda Fransaya 2:4 hesabıyla uduzaraq gümüş medallarla kifayətlənən Xorvatiya yığmasına 28 milyon dollar ayrılacaq. 3-cü yeri tutan Belçika yığması 24 milyon, 4-cü olan İngiltərə millisi isə 22 milyon dollar gəlir əldə edəcək.


Mübarizəni 1/4 finalda dayandıran Rusiya, İsveç, Braziliya və Uruqvay yığmaları hərəyə 16 milyon dollar mükafat əldə edəcəklər.


1/8 finalda uduzan kollektivlər (İspaniya, Danimarka, İsveçrə, Kolumbiya, Argentina, Meksika, Portuqaliya, Yaponiya) hərəyə 12 milyon, qrup mərhələsinin hər bir iştirakçısı isə 8 milyon dollar irəli düşəcəklər.

11 Dekabr 2018
10 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB