TOP 10

60 ildən sonra…

DÇ-2018
Tarix: 2018-07-16 09:35

Rusiyanın ev sahibliyi etdiyi DÇ-2018-in finalında Xorvatiyanı 4:2 hesabıyla məğlub edən Fransa tarixində ikinci dəfə dünya çempionu oldu. Sport24.az xəbər verir ki, “xoruzlar” ilk dəfə 1998-ci ildə öz ölkələrində təşkil olunan mundialda çempion olmuşdular.


Fransanın Xorvatiya ilə final oyunu qeydə alınan qol sayı baxımından da tarixə düşdü. Belə ki, DÇ-lər tarixində 1958-ci ildən sonra ilk dəfə mundialın final matçında 90 dəqiqə ərzində qapılara azı 6 qol vuruldu. DÇ-1958-də İsveçin ev sahibliyi etdiyi mundialda Braziliya məhz meydan sahiblərinə 5:2 hesabıyla qalib gəlmişdi.


DÇ-1958-dən sonrakı finalların heç birində 90 dəqiqə ərzində qapılara bu qədər qol vurulmamışdı. Düzdü, 1966-cı ildə keçirilən final oyununda İngiltərə də Almaniyaya 4:2 hesabıyla qalib gəlmişdi. Lakin həmin oyunun əsas vaxtı 2:2 hesabıyla bitdiyindən əlavə vaxt təyin olunmuşdu. İngilislər qələbəni gətirən daha iki qolu məhz əlavə vaxtda almanların qapısından keçirmişdilər.

11 Dekabr 2018
10 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB