TOP 10

Üçüncü dəfə ən yaxşı oyunçu seçildi

DÇ-2018
Tarix: 2018-07-14 21:06

Rusiyada təşkil olunmuş futbol üzrə dünya çempionatında bu gün Belçika və İngiltərə yığmaları arasında keçirilən 3-cü yer uğrunda matçın ən yaxşı oyunçusu müəyyənləşib. Sport24.az xəbər verir ki, qarşılaşmanın ən yaxşısı Belçika yığmasının hücumçusu Eden Azar seçilib. Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.


Qeyd edək ki, Belçika yığması bu oyunda 2:0 hesabıyla qalib gələrək mundialın bürünc medallarını qazanıb. Azar komandasının qələbəsinə 1 qolla töhfə verib.


“Çelsi”nin şərəfini qoruyan futbolçu bu mundialda üçüncü dəfə ən yaxşı seçilib. O, Yaponiyaya 3:2, Tunisə 5:2 hesabıyla qalib gəldikləri oyunlarda da matçın ən yaxşısı olmuşdu.
 

14 Avqust 2018
13 Avqust 2018
B.eÇ.aÇC.aCŞB