TOP 10

Milli Mətbuat Gününə həsr olunmuş stolüstü tennis turniri keçirilib - FOTOLAR

Digər
Tarix: 2018-07-14 19:40

Bu gün Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə KİV nümayəndələri arasında Milli Mətbuat Gününə həsr olunmuş turnir keçirilib. Sport24.az xəbər verir ki, turnirin açılış mərasimində iştirak edən fedreasiyanın vitse-prezidenti Fazil Məmmədov ölkəmizdə idmana göstərilən böyük diqqət və qayğıdan, son illərdə stolüstü tennisin inkişafı istiqamətində görülən işlərdən bəhs edib və KİV nümayəndələrini Milli Mətbuat Günü münasibəti ilə təbrik edib.

 

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov turnirin Milli Mətbuatın 143 illiyi ilə əlaqədar təşkil edilən ilk tədbir olduğunu vurğulayıb, KİV nümayəndələrini təbrik edib.

 

Şəxsi kateqoriyada keçirilən turnirdə 30-a yaxın KİV nümayəndəsi iştirak edib. Qadınlar arasında Məxluqə Nəsirova 1-ci, Gülzar İbrahimova 2-ci, Rəsmiyyə Vahidova və Sevda Şəfiyeva 3-cü yerə layiq görülüblər. Kişilər arasında Bəhruz Səmədov 1-ci, Rəşad Qəmərşahoğlu 2-ci, Məhərrəm İbrahimov və Ruslan Mikayıllı 3-cü yeri qazanıblar.

 

İştirakçılara hədiyyələr, qaliblərə ASTF-nin diplom, kubok və mükafatları təqdim olunub.

 

Qeyd edək ki, yarışmada Sport24.az-ın baş redaktoru Ceyhun Əliyev iştirak edib. 

 

 


 

18 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB