TOP 10

Belçika DÇ-2018-in bürünc medalçısı oldu - YENİLƏNDİ

DÇ-2018
Tarix: 2018-07-14 19:52

Rusiyada təşkil olunmuş futbol üzrə dünya çempionatı sona yaxınlaşır. Sport24.az xəbər verir ki, bu gün DÇ-2018-də 3-cü yer uğrunda oyun keçirilib. Mundialın bürünc medalları uğrunda Belçika və İngiltərə yığmaları mübarizə aparıb.


Roberto Martinesin yetirmələri qrupda olduğu kimi, bürünc medal uğrunda matmda da futbolun yaradıcılarını məğlub edib. Bununla da hazırkı mundialın ilk mükafatçısı Belçika olub. 


Qeyd edək ki, dünya çempionatının final matçı sabah Fransa və Xorvatiya yığmaları arasında keçiriləcək və Bakı vaxtı ilə 19:00-da start götürəcək.


DÇ-2018
3-cü yer uğrunda oyun

14 iyul


Belçika - İngiltərə 2:0 

Qollar: T.Munye, 4, E.Azar
Baş hakim: Alireza Fəqani (İran).
Sankt-Peterburq. “Sankt-Peterburq” stadionu.


Belçika: 1. Tibo Kurtua, 2. Tobi Alderveyreld, 4. Vensan Kompani, 5. Yan Vertongen, 6. Aksel Vitsel, 7. Kevin de Breyne, 9. Romelu Lukaku, 10. Eden Azar (k), 15. Tomas Munye, 17. Yuri Tilemans, 22. Naser Şadli.
Ehtiyat oyunçular: 3. Tomas Vermaelen, 8. Maruan Fellaini, 11. Yannik Karrasko, 12. Simon Minolye, 13. Kun Kastels, 14. Dris Mertens, 16. Torqan Azar, 18. Adnan Yanuzay, 19. Mussa Dembele, 20. Dedrik Boyata, 21. Miçi Batşuayi, 23. Leander Dendonker.
Baş məşqçi: Roberto Martines.
İngiltərə: 1. Cordan Pikford, 3. Denni Rouz, 4. Erik Dayer, 5. Con Stounz, 6. Harri Maquayr, 9. Harri Keyn (k), 10. Rahim Sterlinq, 12. Kiran Trippyer, 16. Fil Cons, 17. Fabian Delf, 21. Ruben Loftus-Çek.
Ehtiyat oyunçular: 2. Kayl Uolker, 7. Cessi Linqard, 8. Cordan Henderson, 11. Ceymi Vardi, 13. Cek Batlend, 14. Denni Uelbek, 15. Qari Keyhill, 18. Eşli Yanq, 19. Markus Reşford, 20. Dele Alli, 22. Trent Aleksander-Arnold, 23. Nik Pope.
Baş məşqçi: Qaret Sautqeyt.

14 Avqust 2018
13 Avqust 2018
B.eÇ.aÇC.aCŞB