TOP 10

U-19-un seleksiya xarakterli təlim-məşq toplanışı keçirilir

Futzal
Tarix: 2018-07-13 17:34

2019-cu ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin oyunlarında iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığma komandasının seleksiya xarakterli təlim-məşq toplanışı keçirilir. Sport24.az xəbər verir ki, həftədə 3 dəfə Bakı İdman Sarayında keçirilən məşqlərə müvəqqəti olaraq Ağatahir Əzimov rəhbərlik edir. 

 

Qeyd edək ki, Avropa çempionatının oyunları 2019-cu ilin əvvəllində keçiriləcək. Ehtiyac duyulacağı halda yanvarın 21-dən 26-dək ilkin mərhələnin oyunları təşkil ediləcək. Əsas mərhələnin qarşılaşmaları isə martın 26-dan 31-dək keçiriləcək. Qalibin adı final turunda bilinəcək. Bu mərhələnin oyunları 8-14 sentyabrda keçiriləcək. Final mərhələsinə hansı ölkənin evsahibliyi edəcəyi bilinmir. Hazırda 7 ölkə - Xorvatiya, Gürcüstan, Macarıstan, Latviya, Portuqaliya, Rusiya və Ukrayna bunun üçün UEFA-ya müraciət ediblər. Bu il sentyabrın 27-də keçiriləcək İcraiyyə Komitəsinin iclasında bu suala da cavab tapılacaq.

17 Oktyabr 2018
16 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB