TOP 10

Azərbaycan çempionu iki braziliyalı oyunçu transfer etdi

Futzal
Tarix: 2018-07-13 17:07

Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək “Araz” transfer çalışmalarını davam etdirir. Sport24.az xəbər verir ki, baş məşqçi Joze Alesionun istəyi ilə ölkə çempionu iki futzalçı ilə anlaşıb.

 

Söhbət braziliyalı Eder Rogerio Rabel Silverio və Riçard Viktor Murilo da Silvadan gedir. 28 yaşlı Eder müdafiəçi, 25 yaşlı Riçard isə sol cinah vingeridi. Hər iki oyunçu “Marreco” klubunun üzvüdü. Onların iyulun sonunda “Araz”a qoşulacaqları gözlənilir.

 

 

Qeyd edək ki, mövsüm başa çatdıqdan sonra "Araz"ın üzvü Qalo İspaniyanın "Levante", Eduardo isə Fransanın "Acces Futsal" klubu ilə anlaşmışdı.

18 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB