TOP 10

Darionun proqnozu: “Sevilya” bizi gözləyir”

Futbol
Tarix: 2018-07-13 01:38

“Neftçi”nin cinah hücumçusu Dario Frederiko Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Uypeşt” üzərində 3:1 hesablı qələbədən sonra məmnunluğunu gizlətməyib. Sport24.az xəbər verir ki, braziliyalı vinger buraxılan qolun onları ruhdan salmadığını dilə gətirib: 

 

“Oyuna yaxşı köklənmişdik. Doğrudu, hesabı rəqib açdı, ancaq bu, bizi ruhdan salmadı. Toparlanmağı bacardıq və layiqli qələbə qazandıq. Açığı, qol buraxacağımızı gözləmirdik. Ani səhvdən topu qapımızda gördük. Həmin epizoddan sonra baş məşqçimizin tapşırıqlarını yerinə yetirməyə və rəqib müdafiəsində boşluqlar axtarmağa başladıq”.

 

Frederiko yeni komandaya uyğunlaşması barədə suala səmimi cavabı ilə seçilib: “Hələ kollektivə tam uyğunlaşmamışam. Məşqçimiz yeni komandanın təməlini qoyur. Bəli, 3:1 yaxşı nəticədi, ancaq bu, növbəti mərhələyə yüksəlmək təminatı deyil. Bir həftədən sonra yaxşı nəticə qazanmaq üçün səfərə yollanacağıq. Macarıstanda 12 oyunçuya qarşı çıxış edəcəyik. “Sevilya”? Yəqin ki, ilk oyundakı hesaba əsasən onlar “Neftçi”ni gözləyirlər”.
 

22 Sentyabr 2018
21 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB