TOP 10

Elbrus Məmmədov: “Heyətdə bəzi dəyişikliklər olacaq”

Futbol
Tarix: 2018-07-13 00:12

“Sumqayıt”ın əvəzedici heyəti növbəti mövsüm üçün hazırlığını davam etdirir. Sport24.az xəbər verir ki, komanda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda gündə 2 dəfə olmaqla məşq edir. 


Baş məşqçi Elbrus Məmmədov əvəzedicilərin hazırlıq planı ilə əlaqədar klubun rəsmi saytına açıqlama verib: 


“2 günlük fiziki hazırlıq çalışmalarının ardından məşqlərə start verdik. Hazırlıq prosesimiz plan üzrə davam edir. Heyətimizdə yeni mövsüm üçün bəzi dəyişikliklər olacaq. Belə ki, ötən mövsümdəki heyətdən təxminən 15-ə yaxın futbolçu qalacaq. Məşqlərimizlə yanaşı seleksiya işləri də davam edir, heyətə yeni futbolçular cəlb olunacaq. Hazırlıq prosesi müddətində 5 yoxlama görüşü keçirəcəyik. İyulun 18-də Region Liqası təmsilçisi “Tufan”, 21-də “Səbail”, iyulun 25-də və avqustun 1-də isə “Keşlə”nin əvəzedici komandaları ilə qarşılaşacağıq. Sonuncu yoxlama görüşü üçün axtarışlarımız davam edir. Əlimizdən gələni etməyə çalışacağıq ki, mövsümün startına komandanı tam hazır vəziyyətə gətirək".
 

22 Sentyabr 2018
21 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB