TOP 10

"Qəbələ"nin kapitanı "Proqres"i keçəcəklərinə əmindi: "Bu oyun heç nə göstərməyə bilər"

Futbol
Tarix: 2018-07-12 23:42

“Bu oyun heç nə göstərməyə bilər. Çünki rəqibi də yaxşı tanımırdıq, həm də yeni komandayıq, yeni mövsümdə ilk qarşılaşmamızdı". Sport24.az-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu fikirləri “Qəbələ”nin kapitanı Asif Məmmədov Avropa Liqasının I təsnifat mərhələsində Lüksemburqun "Proqres" klubuna evdə 0:2 hesabıyla uduzduqları ilk oyundan sonra brifinqdə deyib.

 

Onun fikrincə, buraxdqları kobud səhvlərdən sonra qapılarında top görüblər: "Bizim də qol imkanlarımız oldu, ancaq yararlana bilmədik. Onu deyə bilərəm ki, bu rəqibə Lüksemburqda 3 qol vura bilərik. "Proqres" elə komanda deyil ki, ona səfərdə bizə lazım olan sayda qol vurmayaq. Onlar burda 2 qol vurdularsa, niyə də səfərdə onların qapısına 3 dəfə yol tapmayaq? Əminəm ki, mərhələni adlayan tərəf biz olacağıq”.

 

32 yaşlı yarımmüdafiəçi əsas kapitanı Cavid Hüseynovun yoxluğuna da toxunub: “Heyətimiz elədi ki, hər bir ofutbolşunun yoxluğu təsir edir. Bu da ehtiyat qüvvənin elə də gediş olmamağı ilə bağlıdı. Cavidin də yoxluğu bu gün mənfi təsirini göstərdi”.

 

MEHMAN SÜLEYMANOV, Qəbələ

18 Iyul 2018
17 Iyul 2018
B.eÇ.aÇC.aCŞB