TOP 10

Roberto Bordin: "Yetirmələrimin xarakter göstərməsi məni məmnun etdi"

Futbol
Tarix: 2018-07-12 23:40

Bu gün “Neftçi” Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda Macarıstan “Uypeşt”ini qəbul edib. Sport24.az xəbər verir ki, meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatan qarşılaşmadan sonra təmsilçimizin baş məşqçisi Robeerto Bordin mətbuat konfransı keçirib.

 

-    Nəticədən də, yetirmələrimdən də razıyam. Futbolçularımız buraxılan qoldan sonra ruhdan düşmədi və bu, məni sevindirir. Əlsəgərova görə çox üzülürəm. Hələ ki, durumu barədə konkret rəy bildirilməyib.

 

-    3:1 hesablı qələbə qələbəyə neçə faiz zəmanət verir?
-    Heç bir oyuna təminat yoxdu. Biz sabahdan cavab oyununa hazırlaşmalıyıq.

 

-    İlk 10 dəqiqədə komandaya nə olmuşdu?
-    İlk 10 dəqiqədə də iki fərqlənmək imkanımız oldu. Rəqib isə ilk şansından faydalandı. Futbolda belə şeylər olur. Əsas 90 dəqiqənin nəticəsidi. 

 

-    Karikarini meydana daxil etmək istədiyiniz an Dabo hesabı 2:1 etdi və bu əvəzetmədən vaz keçib, Braliçlə müdafiəni gücləndirdiniz. Bu addım nə ilə bağlı idi?
-    Fərqləndikdən sonra fikrimi dəyişdim. Bunu normal hesab edirəm. Artıq rəqibi əks-hücumda yaxalamağı düşündüm və gördüyünüz kimi bu, belə də oldu.

 

-    Bir neçə ildi ki, “Neftçi” mərkəz müdafiəçisi problemi yaşayır. Buraxılan qolda da məhz mərkəz müdafiəçiləri səhvə yol verdi. Özünüz də italyan. Bəlkə müdafiə problemini ilk növbədə həll edəsiniz?
-    Qapımıza neçə zərbə gördünüz? Doğrudu, qolda rəqib hücumçunu bağlaya bilmədik. Ancaq rəqibə demək olar ki, fərqlənmək imkanı vermədik. Deməli, komandamız yaxşı müdafiə olundu.

 

-    Komandanızın fiziki hazırlığından razı qaldınızmı? Rəhman Hacıyevin əvəzlənməsi nə ilə bağlı idi?
-    Komandamızın fiziki hazırlığından çox razı qaldım. Namik zədələnəndə belə, futbolçularımız azlıqda əla oynadılar. Rəhmana gəılincə, taktiki sxemdə dəyişiklik etdim.

 

-    Görmək istədiyiniz “Neftçi”nin neçə faizini bu gün izlədik?
-    Yetirmələrimin xarakter göstərməsi məni məmnun etdi. İndiki duruma görə komandamdan razıyam. Ancaq biz hələ inkişaf edəcəyik.

 

-    Krivotsyukla Səlahət arasında anlaşılmazlıq yaşandı və nəticədə qapımıza sərbəst zərbə təyin edildi. Bu epizodu şərh etməyinizi istəyərdik...
-    Sabah hər ikisini zəncirlə döyəcəm. Biz qalib gəlmişik, uduzmamışıq. Oyunda bu cür epizodlar yaşana bilər. Sadəcə, anlaşılmazlıq oldu. Biz udulan oyun barədə danışırıq, pozitiv olun.

 

-    Cavab oyunundan nə gözləyirsiniz?
-    Çox çətin oyun olacaq. Rəqib meydanda azarkeşlər sevimli komandalarını çılğın dəstəkləyəcək. Ancaq biz 3:1 öndəyik və bu üstünlükdən yararlanmağa çalışacağıq. Sonda bizə möhtəşəm dəstək verən azarkeşlərimizə təşəkkürümü bildirirəm.
 

CEYHUN ƏLİYEV

16 Noyabr 2018
15 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB