TOP 10

Viqneviç: "Rəqibə 3 qolu hədiyyə etdik"

Futbol
Tarix: 2018-07-12 23:16

Bu gün “Neftçi” Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda Macarıstan “Uypeşt”ini qəbul edib. Sport24.az xəbər verir ki, meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatan qarşılaşmadan sonra Macarıstan təmsilçisinin baş məşqçisi Neboyşa Viqneviç mətbuat konfransı keçirib.

 

-    “Neftçi”ni qələbə münasibəti ilə təbrik edir, yetirmələrimə mübarizə apardıqları üçün təşəkkür edirəm. Əvvəlcədən də bilirdim ki, rəqib təcrübəlidi, Avropa Liqasının qrup mərhələsi təcrübəsi var. Komandamız turnirə tam hazır deyildi. Oyunun əvvəlində hesabı açmaqla yaxşı şans yaxaladıq. Biz qol vurduqdan sonra oyuna nəzarət “Neftçi”nin tərəfinə keçdi. Hesab edirəm ki, rəqibə 3 qol hədiyyə etdik. Ümid edirəm ki, cavab qarşılaşmasında daha uğurlu nəticəyə imza ata bilmədik.

 

-    İki futbolçunuz viza problemi səbəbindən matçda iştirak etmədi. Günah kimdə idi?
-    Klub rəhbərliyində.

 

-    Hesab açıldıqdan sonra final fiti üçün proqnozunuz necə idi?
-    Qeyd etdiyim kimi, biz hesabı açdıqdan sonra rəqib ərazi üstünlüyünə yiyələndi. Bu, bizim planlarımıza daxil deyildi.

 

-    Fasilədən sonra komandanız yorğun görünürdü. Bunun səbəbi dünən təyyarənizin gecikməsi deyil?
-    Doğrudu, Bakıya gec çatdıq. Ancaq “Neftçi” həqiqətən məzmunlu futbol sərgilədi. Digər məsələlər bizim daxili problemdi.

 

-    Cavab qarşılaşmasında nə gözləyirsiniz?
-    Var gücümüzlə oynayacağıq. Əlavə olaraq həmin iki futbolçumuz da oynayacaq. Həm də bizim azarkeş üstünlüyümüz olacaq.

 

-    “Neftçi”nin sıralarında kimləri fərqləndirərdiniz?
-    Rəhman Hacıyev, Namik Ələskərov və Dario Frederiko. Dabo isə əldə etdiyi imkanlardan maksimum faydalandı. 
 

CEYHUN ƏLİYEV

22 Sentyabr 2018
21 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB