TOP 10

Stankoviç səfərdə mərhələ keçməyi mümkün sayır: "Necə ki, onlar burda 2 qol vurdu..."

Futbol
Tarix: 2018-07-12 23:04

“Mövsüm bitəndən sonra heyətimizdə dəyişikliklər oldu. Bir neçə futbolçu getdi və onların yerinə gələnlər oldu. Yeni komandayıq və heyətin formalaşması üçün bir qmüddət vaxt lazımdı”. Sport24.az-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu fikirləri “Qəbələ”nin legioneri Vojislav Stankoviç keçirdiyi brifinqdə bildirib. 

 

Avropa Liqasının I təsnifat mərhələsində “Proqres”ə evdə 062 hesabıyla uduzduqları oyunu dəyərləndirən serbiyalı müdafiəçinin fikrincə, bu məğlubiyyət komandasının hazır olmamağı demək deyil: "Rəqib oyunu müdafiədən quraraq  əks-hücumlara bel bağladı. Öz səhvlərimizdən qollar buraxdıq. Onlar da bu xətalarımızdan lazımınca yararlandılar. Biz isə əlimizə düşən imkanlardan istifadə edə bilməyərək uduzduq"..

 

Stankoviç növbəti mərhələ çıxmaq ümidini itirmir: "Evdə 2 top fərqiylə yenilsək də, bizim üçün avrokubok mövsümü hələ bitməyib. Necə ki, onlar burda 2 qol vurdu, biz də Lüksemburqda 2-3 top vura bilərik".

 

MEHMAN SÜLEYMANOV, Qəbələ

19 Iyul 2018
18 Iyul 2018
B.eÇ.aÇC.aCŞB