TOP 10

Sənan Qurbanov üzr istədi və söz verdi: "İkinci oyunda daha yaxşı "Qəbələ" görə biləcəksiniz"

Futbol
Tarix: 2018-07-12 22:29

"Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Avropa Liqasının I təsnifat mərhələsində Lüksemburqun "Proqres" klubuyla evdə 0:2 hesabıyla uduzduqları ilk matçdan sonra mətbuat konfransı keçirib. Sport24.az-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, gənc mütəxəsssis öncə matçı şərh edib.

 

- İlk öncə azarkeşlərimizdən üzr istəyirəm. Həm öz, həm də komandam adından. Adımıza yaraşmayan futbol oynadıq. İkinci matçda daha hazırlıqlı olacağıq. Bu, bizim üçün çox ağır bir siqnal oldu. Düzəlməyən bir şey yoxdu, komanda şəklində bu yükün altından çıxa biləcəyik. 

 

- Səfərdə necə taktika seçəcəksiniz?

- Bizə evimizdə 2 top vurublarsa, biz də bunu etməliyik. İndi isti-isti taktika haqda bir şey deyə bilmərəm. İntizamlı futbol oynamaq şərtilə qol və qollar vurmaqla çalışacağıq.

 

- Bu gün "Qəbələ" ağır təsir bağışladı, temp yox idi. Komandanız danki qorxaq oynadı. Meydan sahibi kimi irəli getmədiniz...

- Rəqibin qapanacağını bilirdik. Oyunçularımıza sürətli futbol tapşırmışdım. Bu, hər zaman alınmır. Bəli, bu gün meydanda sürət yox idi. Futbolçularımız rahat top itkilərinə yol verdilər.

 

- İlk 45 dəqiqədə rəqibin necə oynadığını gördünüz. Fasilədə dərhal niyə oyununuzda dəyişiklər, əvəzləmələr etmədiniz?

- Fasilədə oyunumuzda düzəlişlər etməyə çalışdım. Bilirdik ki, rəqibdə xətlərarası sıxlıq olacaq və orda top almalı idik. Sonradan məcburən cinahlardan qurmağa çalşdıq. Təmkin Xəlilzadə oyuna pis girmədi. 

 

- Yeni transferlərdən ümidlərinizi doğrultmayanlar oldumu?

- Onlarınpotensiallarına bələd olaraq komandaya götürmüşük. Bilirdik ki, qısa müddətdə fontan olmayacaq. Bəzi futbolçuların top qəbulundakı səhvlərdən narazı qalıdm. B, müəyyən vaxt ərzində yoluna düşəcək. 

 

- Raif Əliyev hücumda oynamalı idi. Ancaq onun bu qədər geri çəkilməyi yarımmüdafiənin zəif oynamağının nəticəsi idi, yoxsa belə tapşırıq vermişdiniz? 

- Rauf tək hücumçumuz idi. Onun arxasında Asif Məmmədov idi, ikinci hücumçu kimi oynayırdı. Rauf geri çəkilmişdisə, digər ön xətdə oynayanlar o zonaya getməli idi. Videotəkrardan sonra hər şeyi analiz edəcəyik.

 

 - İkinci hsisədə sol cinahdan hücumlar gördük. Rəqib də bunu bildi. Buna uyğun taktikanız olmalı idi ki, oyunu çevriə biləsiniz...

- Hər bir rəqibin boş zonaları vardı və ordan hücumlar qurmaq istəyiridk. Sadə top itkiləri varsa, heç bir futboldan danışmaq olmaz. Bu zaman daha çox müdafiə olunmalısan. Rəqib bizim səhvlərdən qol vurdu. Bunlar isə elementar xətalar idi. İkinci oyunda daha yaxşı "Qəbələ" görə biləcəksiniz. Bunu indidən sizə söz verə bilərəm.

 

MEHMAN SÜLEYMANOV, Qəbələ

19 Iyul 2018
18 Iyul 2018
B.eÇ.aÇC.aCŞB