TOP 10

"Proqres"in baş məşqçisi qələbəni layiqli sayır: "İkinci matçda mübarizə sıfırdan başlayacaq"

Futbol
Tarix: 2018-07-12 22:11

Lüksemburqun "Proqres" klubunun baş məşqçisi Paolo Amodio Avropa Liqasının I təsnifat mərhələsində "Qəbələ"yə səfərdə 2:0 hesabıyla qalib gəldikləri ilk qarşılaşmadan sonra mətbuat konfransı keçirib. Sport24.az-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, lüksemburqlu mütəxəssis əvvəlcə görüş haqda danışıb. 

 

- Məncə, bu gün qələbəni haqq etdik. 90 dəqiqə boyunda düzgün, sıx oynadıq. şansımızı gözlədik. Futbolda da hər zaman şans lazımdı, O, bu gün biz tərəfdə idi. Komandanızın da bir neçə qol imkanı oldu, ancaq istifadə edə bilmədi.

 

- Gözlədiyiniz "Qəbələ"ni gördünüz?

- "Qəbələ" haqda danışmaq istəmirəm. Buraya hazırlıqlı gəldik və qələbə istəyimizə çatdıq. 

 

- İlk hissədə ehtiyatlı oynadınız, fasilədən sonra irəli atıldınız. 45 dəqiqə rəqibini tam tanımaq üçün bəs etdimi?

- Planımız 90 dəqiqə qol şansımızı gözləmək idi. kinci hissədə biz də yorulduq.

 

- Bu gün "Qəbələ" fiziki cəhətdən zəif idi. Hesab etmirsiniz ki, rəqib ikinci oyuna daha hazırlıq olacaq?

- Bizim də rəqib kimi bir həftə hazırlaşmağa vaxtımız olacaq.

 

- Artıq özünüzü ikinci mərhələdə hiss edirsiniz? Düşünmürsünüz ki, cavab matçı daha çox formal xarakter daşıyacaq?

-  Belə deməzdim. "Qəbələ"nin gücünü bilirik. İkinci matçda mübarizə sıfırdan başlayacaq. 

 

MEHMAN SÜLEYMANOV, Qəbələ

22 Sentyabr 2018
21 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB