TOP 10

“Qalatasaray”ı “Cenoa”ya dəyişdi

Dünya Futbolu
Tarix: 2018-07-12 17:30

İtaliyanın “Cenoa” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, A Seriyası təmsilçisi türk əsilli almaniyalı futbolçu Koray Günteri transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Lakin müqavilənin detalları açıqlanmır.


Qeyd edək ki, Günter 2014-cü ildən “Qalatasaray”ın şərəfini qoruyurdu. Lakin bu komandada o qədər də forma şansı qazanmayan 23 yaşlı futbolçu müqaviləsinin müddəti bitən kimi İtaliyaya üz tutub.


Koray 2013/14 mövsümünün qış fasiləsi zamanı Dortmund “Borussiya”sından 2,5 milyon avroya Türkiyə klubuna transfer edilmişdi.
 

19 Iyul 2018
18 Iyul 2018
B.eÇ.aÇC.aCŞB