TOP 10

Bruno Alves rəsmən A Seriyası klubunda

Dünya Futbolu
Tarix: 2018-07-12 17:06

İtaliyanın “Parma” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, yenidən A Seriyasına qayıdan sözügedən klub son olaraq “Reyncers”də çıxış edən Bruno Alvesi heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Tərəflər bir illik müqaviləyə imza atıblar. 36 yaşlı portuqaliyalı müdafiəçi yaxın günlərdə yeni komandasının düşərgəsinə qoşulacaq.


Qeyd edək ki, Portuqaliya yığmasının da şərəfini qorumuş Bruno Alves karyerası ərzində “Portu”, “Farense”, “Vitoriya Gimaraynş”, AEK (Afina), “Zenit”, “Fənərbaxça” və “Kalyari” klublarında da çıxış edib.
 

21 Sentyabr 2018
20 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB