TOP 10

Milli komandada yeni baş məşqçi

Dünya Futbolu
Tarix: 2018-07-12 16:51

Futbol üzrə Polşa yığmasının yeni baş məşqçisi müəyyənləşib. Sport24.az xəbər verir ki, Rusiyada təşkil olunmuş dünya çempionatında uğursuz çıxış edən komandanın baş məşqçisi Adam Navalka Polşa Futbol Federasiyası tərəfindən istefaya göndərilmişdi.

Artıq onu əvəz edəcək mütəxəssisin adı məlumdu. PFF bu posta Yeji Bjeçeki gətirib.


Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, 47 yaşlı mütəxəssisin təqdimat mərasimi iyulun 23-də baş tutacaq.


Bjeçek ölkəsində “Rakuv”, “Lexia” (Qdansk), “Katoviçe” kimi klubları çalışdırıb. Onun son iş yeri isə 2017-ci ildən çalışdırdığı “Visla” klubu olub.
 

15 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB