TOP 10

Konqolu bombardir Azərbaycanı yada saldı: "Qriqorçuk bu ölkədə uğur qazanıb"

Futbol
Tarix: 2018-07-12 16:22

"Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçukun hazırda çalışdırdığı "Astana" bombardirini qaytarıb. Sport24.az xəbər verir ki, paytaxt təmsilçisinin tarixində ən sərrast futbolçulardan olan Junior Kabananqva Qətərin "Əl-Nasr" klubundan icarədən dönüb. 

 

Konqolu hücumçu Qriqorçuk haqda xoş sözlər ifadə edib: "O, yaxşı mütəxəssisdi. Futbola çox baxıram. Qriqorçukun komandalarının oyununu izləmişəm. O, Azərbaycanda uğur qazanıb. Buna görə də Qriqorçuk qalib ruhlu mütəxəssisdi. Və bu qalibin rəhbərliyi altında məşq etmək həqiqətən yaxşıdı. Bu, futbolçuya inkişaf etməyə kömək göstərir".

 

Roman İosifoviç "Qəbələ"ylə çalışdığı bütün 4 mövsümdə çempionatımızın medalçısı, habelə Avropa Liqasında ardıcıl 2 il qrup mərhələsinin iştirakçısı olub. 


Qeyd edək ki, "Astana" yay fasiləsində millimizin futbolçusu Riçard Almeydanı transfer edib. 

21 Sentyabr 2018
20 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB