TOP 10

Romulo İtaliyada klub dəyişdi

Dünya Futbolu
Tarix: 2018-07-12 13:41

İtaliyanın “Cenoa” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, A Seriyası təmsilçisi braziliyalı yarımmüdafiəçi Romulonu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Amma tərəflər arasında bağlanan müqavilənin detalları açıqlanmayıb.


31 yaşlı futbolçunun son klubu “Verona” olub. O, bu klubda 2013-cü ildən çıxış edirdi. 2014-cü ildə “Yuventus”un qısa müddətə icarəyə götürdüyü Romulo Turin təmsilçisinin heyətində də 4 oyuna çıxıb. Təcrübəli yarımmüdafiəçinin İtaliyadakı ilk klubu isə “Fiorentina” olub. 


“Juventude”nin yetirməsi olan Romulo ölkəsində “Metropolitano”, “Şapekoense”, “Santo Andre”, “Kruzeyro”, “Atletiko Paranaense” kimi klublarda da forma geyinib.
 

19 Noyabr 2018
18 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB