TOP 10

ÇL-də uğurlu start götürən Gerye Maderaya çatdı

Futbol
Tarix: 2018-07-12 12:12

"Qarabağ"ın legioneri Donald Gerye ardıcıl 2-ci ildir çıxış etdiyi komandasının heyətində avrokuboklarda 3-cü qolunu vurub. Sport24.az xəbər verir ki, bu, yenə Çempionlar Liqasında (ÇL) ilk oyunda - bu dəfə Sloveniyada "Olimpiya" klubuyla matçda reallaşıb. Haitili sol cinah oyunçusu 79-cu dəqiqədə baxımlı qola imza ataraq, təmsilçimizə səfərdə 1:0 hesablı qələbə qazandırıb.

 

Gerye ötən mövsüm də ÇL-də start mərhələsində fərlqənmişdi. O, Gürcüstanın "Zestafoni" klubuna evdə 5:0, səfərdə 1:0 hesabıyla qalib gəldiyimiz matçlarda rəqib qapısına yol tapmışdı. Göründüyü kimi, Donaldın hesabında "Qarabağ"da ÇL-də 3 qol  var.

 

Ağdam təmsilçisinin nəinki bu turnirdə, ümumiyyətlə, avrokuboklarda bombardiri braziliyalı sabiq hücumçusu Reynaldo Silvadı. "Qarabağ"ın hazırkı heyətində Avropanın ən nüfuzlu klub turnirində Gerye qədər fərqlənən Migel Maderadı. İspan yarımmüdafiəçi ÇL-də 2 qolu təsnifat, 1 qolu qrup mərhələsində vurub. Onun Avropa Liqasında 2 qolu isə qrupda olub. 

25 Sentyabr 2018
24 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB