TOP 10

Qurban Qurbanovlu "Qarabağ" ənənəsinə sadiq qaldı

Futbol
Tarix: 2018-07-12 12:00

"Qarabağ" ardıcıl 5-ci mövsüm çıxış etdiyi Çempionlar Liqasında (ÇL) yenə uğurlu start götürüb. Sport24.az xəbər verir ki, Qurban Qurbanovun komandası Avropanın ən nüfuzlu klub turnirində bu dəfə də ilk matçda qalib gəlib.

 

Bu, Sloveniyada "Olimpiya" üzərində 1:0 hesabıyla olub. Fərq ondadır ki, Ağdam klubu əvvəlki 4 mövsümdə ÇL-də mübarizəyə birbaşa II təsnifat mərhələsindən başlayırdısa, bu dəfə I təsnifat mərhələsindən start götürüb. 

 

Qurban Qurbanovun yetirmələri ÇL-də demək olar həmişə qələbəylə başlayıb. Yalnız 2014/15 mövsümündə Çernoqoriyanın "Rudar" klubuyla ev matçında qolsuz bərabərlik qeydə alınıb. İstənilən halda, "Qarabağ" ÇL-də hər mövsüm mübarizəyə qol buraxmadan start götürərək ənənəsini davam etdirib. Əvvəlki 4 matçda qapısını toxunulmaz saxlayan İbrahim Şehiç idisə, komandadan mövsüm bitəndən sonra gedən bosniyalını bu dəfə braziliyalı həmkarı Vaqner da Silva uğurla əvəzləyib. O, "Qarabağ"da debütündə qol buraxmamasıyla diqqət çəkib. 

 

Qurban Qurbanovlu "Qarabağ"ın avrokuboklarda yolu 2009/10 mövsümündən başlayır ki, ÇL-ədək çıxış Avropa Liqasında olub. Onu da nəzərə alaq ki, komanda yalnız bir mövsüm startda qol buraxıb. Bu, 2010/11 mövsümündə Avropa Liqasında Makedoniyanın "Metallurq" klubuna Tofiq Bəhramov adına Respublika stadionunda 4:1 hesabıyla qalib gəldiyi matçdı. İstənilən halda, Qurban Qurbanovlu "Qarabağ" avrokuboklarda 8-ci mövsümündə də məğlubiyyətsiz start götürüb. 

 

Xatırladaq ki, "Qarabağ" ÇL-də son matçında 3 yubileyi birdən qeyd edib. Bu, turnirdə 25 oyunda 10-cu qələbə və 25-ci vurulan qol olub. 

25 Sentyabr 2018
24 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB