TOP 10

"Neftçi" - "Uypeşt" matçına nə qədər bilet satılıb?

Futbol
Tarix: 2018-07-12 11:08

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində sabah saat 21:00-da "Dalğa Arena”da keçiriləcək "Neftçi” – "Uypeşt” oyununa bilet satışı davam edir. Sport24.az xəbər verir ki, satışa çıxarılmış 6000 ədəd biletin 60 faizdən çoxu satılıb.

 

Qiyməti 1, 2, 5 və 20 (VİP yerlər) AZN təşkil edən biletlərin satışı bu gün saat 13:00-da "Dalğa Arena”ya köçürüləcək.

 

Xatırladaq ki, "Neftçi" azarkeşlərinin oyuna gedib-qayıtmaları təmin olunacaq. Bunun üçün ayrılan 16 ədəd avtobus saat 18:00-dan etibarən "Ulduz” metrostansiyası yaxınlığından stadiona yollanacaq.

 

19 Iyul 2018
18 Iyul 2018
B.eÇ.aÇC.aCŞB