TOP 10

Azərbaycandan getdi, Roman Qriqorçukun sabiq komandasına keçdi

Futbol
Tarix: 2018-07-12 10:40

"Kəpəz"in ukraynalı sabiq legioneri Sergey Litovçenko karyerasını yenidən Vətənində davam etdirəcək. Sport24.az xəbər verir ki, təcrübəli qapıçı "Çernomorets"a keçib. Bu haqda Odessa klubu rəsmi məlumat yayıb. 

 

Litovçenko ötən mövsümün qış fasiləsində "Kəpəz"ə gələrək, çempionatda 14 matçın hamısını əvəzolunmadan keçirib. Mövsüm bitəndən sonra I Diviziona düşən Gəncə klubuyla başa çatan müqaviləsini uzatmayan 31 yaşlı qolkiperin karyerası daha çox Ukraynaya bağlıdı. O, yalnız son son illərdə ölkəsindən kənarda çıxış edib və Azərbaycana gələnədək Gürcüstanda 2 klubda oynayıb. Bu, "Zuqdidi"ylə Tiflis "Dinamo"sudu. Onun hesabında ümumilikdə 164 matç var ki, bunlardan 25-si Ukrayna Premyer Liqasındadı. 

 

Qeyd edək ki, Premyer Liqaya qayıdan "Çernomorets" "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçukun Avropa Liqasında 1/16 finala çıxardığı komandadı. 

14 Noyabr 2018
13 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB