TOP 10

“Neftçi” qələbə ilə başladı

Futbol
Tarix: 2018-07-12 22:50

Avropa Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən “Neftçi” də bu gün ilk matçına çıxıb.


Roberto Bordinin çalışdırdığı kollektiv Bakıda Macarıstanın “Uypeşt” klubu ilə üz-üzə gəlib. Cavab matçı səfərdə keçiriləcəyinə görə, “ağ-qaralar” növbəti mərhələyə vəsiqənin taleyinə böyük ölçüdə doğma meydanda aydınlıq gətirməliydi. Lakin oyun təmsilçimiz üçün o qədər də uğurlu başlamayıb. Oyunda hesabı məhz qonaqlar açıblar. Buna baxmayaraq, "Neftçi" qalan dəqiqələrdə 3 qol vurmaqla əzmkar qələbə qazanmağa nail olub.


Avropa Liqası
1-ci təsnifat mərhələsi, ilk oyun

12 iyul 


Neftçi - Uypeşt 3:1
Qol: B.Dabo, 24; 71. E.Mahmudov, 90+2 - D.Naqi, 9.
Hakimlər: Denis Yohan Hiqler, Yost van Zuylen, Yohan Balder, Simen Mulder (hamısı Hollandiya).
Bakı. “Dalğa Arena”.


Neftçi: 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 6. Qoran Paratski, 7. Namiq Ələsgərov, 9. Baqali Dabo, 10. Dario Frederiko, 15. Ruslan Abışov (k), 17. Rəhman Hacıyev, 25. Kiril Petrov, 93. Soni Mustivar.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizov, 4. Rəşad Eyubov, 8. Emin Mahmudov, 11. Kvame Karikari, 18. Tural Axundov, 22. Mirabdulla Abbasov, 28. Slavko Braliç.
Baş məşqçi: Roberto Bordin.
Uypeşt: 1. Filip Payoviç, 5. Robert Litauski (k), 8. Benyamin Çeke, 10. Donat Joter, 18. Boyan Sankoviç, 19. Miyuşko Boyoviç, 21. Benyamon Bolaj, 26. Daniel Naqi, 49. Branko Pauleviç, 68. Cenan Burekoviç, 86. Şomo Novotnı.
Ehtiyat oyunçular: 35. Bentse Gundel-Tokaç, 2. Kriştof Şuç, 9. Patrik Tişler, 27. Bentse Pavkoviç, 99. Viktor Angelov, 
Baş məşqçi: Neboyşa Viqnyeviç.

21 Sentyabr 2018
20 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB