TOP 10

“Qəbələ” “Proqres”ə evdə uduzdu

Futbol
Tarix: 2018-07-12 21:52

Avropa Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən “Qəbələ” də bu gün ilk matçına çıxıb.


Sənan Qurbanovun çalışdırdığı kollektiv doğma meydanda Lüksemburqun “Proqres” klubu ilə üz-üzə gəlib. Cavab matçı səfərdə keçiriləcəyinə görə, “Qəbələ” doğma meydanda baş tutan ilk oyunda mütləq inamlı qələbə qazanmalıydı. Amma nə qədər üzücü və gözlənilməz olsa da, təmsilçimiz elə ilk oyundaca 2 cavabsız qolla uduzmaqla mərhələ adlamaq şansını demək olar ki, heçə endirib.


Avropa Liqası
1-ci təsnifat mərhələsi, ilk oyun

12 iyul 


Qəbələ - Proqres 0:2
Qol: M.D.Almeyda, 51. O.Till, 61-pen.
Hakimlər: Vyaçeslav Banari, Vasili Ermişin, Dimitri Çiobanu, Andrey Kojakaru (hamısı Moldova).
Qəbələ şəhər stadionu.


Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 4. Elvin Camalov, 10. Rauf Əliyev, 11. Asif Məmmədov (k), 17. Ceyms Adeniyi, 18. İlqar Qurbanov, 27. Bəhlul Mustafazadə, 28. Stiven Monroz, 34. Ürfan Abbasov, 88. Sabien Lilay.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 5. Rasim Ramaldanov, 7. Roman Hüseynov, 8. Qismət Alıyev, 21. Lalavele Atakora, 32. Amin Seydiyev, 33. Təmkin Xəlilzadə.
Baş məşqçi: Sənan Qurbanov.
Proqres: 1. Sebastyan Flauss, 7. Mayron de Almeyda, 9. Yannik Bastos, 10. Olivye Till, 14. Emmanuel Fransua, 19. Mario Mutş, 20. Cordan Qobron, 22. Marvin Martins, 23. Adrian Ferino, 31. Sebastyan Till (k), 34. Tim Holl.
Ehtiyat oyunçular: 13. Çarli Şinker, 5. Ben Voqel, 8. Dino Ramdedoviç, 17. David Soares, 21. Kevin Kerqer, 28. Romeu Torres, 70. Matias Markes.
Baş məşqçi: Paolo Amodio.

21 Sentyabr 2018
20 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB