TOP 10

“Böyük kapitan”la isti-isti: “Razılaşmıram ki, “Qarabağ” nəticəyə hesablanan futbol sərgiləyrdi”

Futbol
Tarix: 2018-07-12 02:01

Ötən gecə “Qarabağ” Çempionlar Liqasında növbəti yürüşünə start verdi. Qurban Qurbanovun yetirmələri ağır Sloveniya səfərində “Olimpiya” üzərində 1:0 hesablı qələbə qazandılar. Suriya yığması ilə yoxlama qarşılaşmasında zədə alan və bu səbəbdən dünənki matçda ehtiyat oyunçular skamyasında qalan komandanın kapitanı Rəşad Sadıqov final fitindən az sonra Sport24.az-a qələbə şərhini verdi.

 

36 yaşlı müdafiəçi nəticədən məmnun qaldığını gizlətmədi: “Olduqca gərgin mübarizəyə şahidlik etdik. Əvvəlcədən də bilirdik ki, bizi çox ciddi qarşılaşma gözləyir. Komanda səfərdə məğlub olmamaq üçün əlindən gələni etdi. Şükürlər olsun ki, qalib gəlməyi bacardıq. Hər iki tərəf 90 dəqiqə ərzində əzmkar mübarizə nümayiş etdirdi”.

 

Təcrübəli kapitan cavab qarşılaşması barədə soyuqqanlı danışdı: “Qarşıda bizi daha bir gərgin 90 dəqiqə gözləyir. Artıq indidən Bakıdakı oyun barədə düşünməliyik və düşünürük də. Evdəki görüşdə də hər bir epizodda maksimum diqqətli davranmalıyıq”.

 

Sonda Sadıqov “Qarabağ”ın daha çox nəticəyə oynaması barədə fikrə də münasibət bildirdi: “Bu suala qısaca cavab verim. Razılaşmıram ki, “Qarabağ” nəticəyə hesablanan futbol sərgiləyrdi”. 
 

18 Sentyabr 2018
17 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB