TOP 10

“Qəbələ”nin potensial rəqiblərinin oyununda 3 qol

Dünya Futbolu
Tarix: 2018-07-12 01:33

Futbol üzrə Avropa Liqasında 1-ci təsnifat mərhələsinin oyunları keçirilir. Sport24.az xəbər verir ki, ikinci oyun günündə 6 görüş baş tutub.


“Qəbələ”nin potensial rəqibləri də bu gün meydana çıxıb. Məlum olduğu kimi, püşkün nəticəsinə əsasən 1-ci təsnifat mərhələsində Lüksemburqun “Proqres” klubu ilə qarşılaşacaq təmsilçimiz bu rəqibini mübarizədən kənarlaşdırmağı bacarsa, 2-ci təsnifat mərhələsində “Rabotniçki” - “Honved” cütünün qalibi ilə üz-üzə gələcək. Sözügedən komandaların ilk oyununda Makedoniya təmsilçisi doğma meydanda 2:1 hesabıyla qalib gəlib.


Qeyd edək ki, Avroliqada 1-ci təsnifat mərhələsinin qalan bütün qarşılaşmaları ayın 12-də keçiriləcək. Azərbaycanı bu turnirdə təmsil edəcək “Qəbələ”, “Neftçi” və “Keşlə” də mübarizəyə məhz bu gün başlayacaq.


Avropa Liqası
1-ci təsnifat mərhələsi, ilk oyunlar


10 iyul


Samtredia (Gürcüstan) - Tobol (Qazaxıstan) 0:1


11 iyul


Banants (Ermənistan) - Sarayevo (Bosniya və Herseqovina) 1:2

Rabotniçki (Makedoniya) - Honved (Macarıstan) 2:1

Vaduts (Lixtenşteyn) - Levski (Bolqarıstan) 1:0

Fola (Lüksemburq) - Priştina (Kosovo) 0:0

Klaksvik (Farer adaları) - Jalgiris (Litva) 1:2

Qlenavon (Şimali İrlandiya) - Molde (Norveç) 2:1
 

14 Noyabr 2018
13 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB