TOP 10

“Neftçi” “Uypeşt”lə ilk matça tam hazırdı - VİDEO

Futbol
Tarix: 2018-07-12 00:30

“Neftçi” Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində iyulun 12-də “Dalğa Arena”da Macarıstanın "Uypeşt” klubu ilə oyunöncəsi son məşqə çıxıb. Sport24.az xəbər verir ki, baş məşqçi Roberto Bordin və kapitan Ruslan Abışovun iştirakı ilə təşkil olunmuş mətbuat konfransından sonra keçirilən hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub. Bütün futbolçuların iştirak etdiyi məşq texniki-taktiki hazırlığa həsr olunub. "Dalğa Arena”da baş tutan hazırlıq prosesində bütün futbolçular iştirak edib.


Xatırladaq ki, oyun üçün biletləri "Dalğa Arena” və 8-ci km stadionlarının kassaları, həmçinin "Bravo Supermarket”in Babək, 20 yanvar, Əhmədli, "Rahat market”in isə "Neftçilər”, "Metropark”, "Baku MALL” (Qələbə dairəsi) mağazalarından əldə etmək mümkündü. Biletlərin qiyməti 1, 2, 5 və 20 (VİP yerlər) AZN-di.


19 Noyabr 2018
18 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB