TOP 10

"Proqres" erməni futbolçusunu gətirməməyinə aydınlıq gətirdi: "Qəbələ" favoritdi, ancaq bura mərhələ keçmək üçün gəlmişik"

Futbol
Tarix: 2018-07-11 20:05

Lüksemburqun "Proqres" klubunun baş məşqçisi Paolo Amodio Avropa Liqasının I təsnifat mərhələsində "Qəbələ"ylə qarşılaşma öncəsi mətbuat konfransı keçirib. Sport24.az-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, konfrans zalına 10 dəqiqə gec gələn lüksemburqlu mütəxəssis sualları cavablandırıb. O, media qarşısına klubun idman direktoru Tomas Jiljeman və əslən türk olan futbolçu Mətin Karayerlə birgə çıxıb. 

 

- Qəbələdə özünü necə hiss edirsiniz? Mətbuat konfransına gecikməyinizin səbəbi nədi?

P.A: Bizim üçün avrokuboklarda rəqib hansı olursa-olsun, önəmli deyil. Məqsədimiz mərhələ keçməkdi. Qəbələdə otel, yeməklə bağlı heç bir problem yoxdu. Yeməkləriniz xoşuma gəlir.

 

- Erməni hücumçunuz, bombardiriniz Aleksandr Karapetyan Azərbaycana gəlmədi. O, açıqlamasında bildirib ki, komanda yoldaşı Mətin ölkəmizə gəlməyin məqsəduyğun olmadığını deyib. Mətin bunu deyibmi?

T.J: Bu suala Mətinin cavab verməməyini istərdim. Çünki çox həssas bir məqamdı. "Fair Play" qaydalarına əsas tutaraq Karapetyanı Lüksemburqda qoyduq. Halbuki, o, ötən mövsümdə 29 qol vurub, bizim üçün vacib futbolçudu. Sadəcə, hər iki komandanı çətin vəziyyətdə qoymamaq, azarkeşləri düşünərək bu addımı atdıq.

 

- Ötən mövsüm Avropa Liqasında "Reyncers"lə oynadınız, bu dəfə "Qəbələ"ylə qarşılaşacaqsınız. İndiki rəqibiniz də belə güclüdü? Necə müqayisə edərdiniz?

P.A: Bizim üçün "Reyncers" imic olaraq daha güclü rəqib ola bilər. Ancaq bura mərhələ keçmək üçün gəlmişik. Bunun üçün nə lazımırsa, onu edəcəyik."Reyncers" daha tanınmış klubdu. Ancaq "Qəbələ" də son 3 ildə 2 dəfə Avroliqada qrupa düşüb. Bu da onun gücündən xəbər verir. Çalışacağıq ki, bu rəqibi yenək.

 

- Mərhələ keçməklə bağlı əminliyiniz nədən qaynaqlanır? "Proqres"in "Qəbələ"dən üstünlüyü nədədi?

P.A: Özümüzə əmin olmasaq, bura gəlməzdik, matça çıxmarıq. Ancaq "Qəbələ"nin çox təcrübəli komanda olduğunu da bilirik. Yenidən tarix yazmaq istəyirik.

 

- Onu da nəzərə alaq ki, "Qəbələ" qrupa çıxaran baş məşqçisi və bir sıra futbolçuları artıq heyətində yoxdu. Bunu necə dəyərləndirərdiniz?

P.a: Əvvəlki mövsümlərdə olduğu kimi, rəqibi təhlil etmişik. Hər kəsə hörmət edirik, işimizi görürürk. Dediyiniz məqamı yaxşı bilirik. O haqda da məlumatımız var ki, "Qəbələ" yaxşı bir müdafiəyəmeylli, səviyyəli iki hücumameylli futbolçu alıb, iki futbolçusunu isə icarədən qaytarıb. Bununla qarşıdakı rəqibimizi çox yaxşı tanıdığımızı demək istəyirik. "Qəbələ" favoritdi, ancaq öz şansımızı qorumaq istəyirik. Uzun yolçuluqdan sonra məşq edib, sabahkı matça hazır olmağa çalışacağıq. 

 

MEHMAN SÜLEYMANOV, Qəbələ

 

 

 

 

14 Noyabr 2018
13 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB