TOP 10

Abışov qələbə istəyir: “Mərhələni adlayıb böyük “Sevilya” ilə qarşılaşmaq istəyirik”

Futbol
Tarix: 2018-07-11 20:03

Sabah “Neftçi” Avropa Liqasının I təsnifat mərhələsində Macarıstan “Uypeşt”ini qəbul edəcək. Sport24.az xəbər verir ki, “ağ-qaralar”ın kapitanı Ruslan Abışov matçla bağlı fikirlərini bölüşüb:

 

“Yaxşı hazırlıq keçmişik. Zədəlilərimiz yoxdu. Həyacanlı olsaq da, yaxşı nəticəyə köklənmişik. Baxmayaraq ki, rəqib Macarıstanın ən köklü klubudu, bu səddi aşmaq əzmindəyik. Sxem nisbi xarakter daşıyır. Əsas odur ki, meydanda hamımız müdafiə də olunaq, hücuma da keçək. Rəqibin zəif yerlərini təhlil etsək də, bu barədə danışmaq istəmirəm. Çünki macarlar da dediklərimizi oxuyacaq. Əlbəttə, mərhələni adlayıb böyük “Sevilya” ilə qarşılaşmaq istəyirik. Proqnoz vermək çətindi. Ancaq evdə oynayırıq və qələbə qazanmaq istəyərdik. Əlbəttə, fərqlənsəm xoş olar, ancaq əsas qalib gəlməkdi”.
 

25 Sentyabr 2018
24 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB