TOP 10

“Real”dan “Borussiya”ya - FOTO

Dünya Futbolu
Tarix: 2018-07-11 18:33

Almaniyanın “Borussiya” (Dortmund) klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Bundesliqa təmsilçisi Madrid “Real”ından Əşrəf Hakimini transfer edib. Bu barədə Dortmund klubunun rəsmi saytı məlumat yayıb.


Mərakeş yığmasının üzvü 2 illik icarəyə götürülüb. O, 2019/2020 mövsümünün sonunadək “Borussiya”da forma geyinəcək.


19 yaşlı futbolçu geridə qalan mövsümdə “Real”ın heyətində 9 La Liqa matçına çıxıb, 2 qol vurub. O, UEFA Çempionlar Liqasında da 2 oyun keçirib.
 

19 Iyul 2018
18 Iyul 2018
B.eÇ.aÇC.aCŞB