TOP 10

"Qəbələ"nin rəqibi uzun yol qət etdi, Vəndamda qalmalı oldu - FOTOLAR

Futbol
Tarix: 2018-07-11 18:04

Lüksemburqun “Proqres” klubu Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ”ylə ilk oyun üçün uzun yol qət etməli olub. Sport24.az-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Niderkorn təmsilçisi Qəbələyə gəlmək üçün avtobusla Frankfurta, oradan isə təyyarə ilə Bakıya yola düşüb. Paytaxtdan avtobusla bölgəyə yollanan lüksemburqlular Vəndam kəndindəki "White Boutiqe Hotel"də məskunlaşıb. Qəbələnin mərkəzində otellərdə sıxlıq olduğuna görə məkan bura seçilməli olub. 

 

Rəqibin baş məşqçisi Paolo Amodio "qırmızı-qaralar"la matça 22 futbolçu gətirib. Onlar arasında erməni hücumçu Aleksandr Karapetyan yoxdu. Türk əsilli müdafiəçi Mətin Karayer Qəbələyə gəlsə də, o da ilk matçda iştirak etməyəcək. Hələ ötən mövsüm Avropa Liqasında aldığı qırmızı vərəqəyə görə cəzalı olan 26 yaşlı futbolçu "Qəbələ"ylə cavab matçında da meydana çıxa bilməyəcək.

 

Qeyd edək ki, “Proqres”lə ilk oyun sabah saat 20:00-da Qəbələ şəhər stadionunda, cavab qarşılaşması 1 həftə sonra Lüksemburqda keçiriləcək.

 

 

 

 

13 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB