TOP 10

Andrey Yarmolenko rəsmən Premyer Liqa klubunda

Dünya Futbolu
Tarix: 2018-07-11 15:48

İngiltərənin “Vest Hem” klubu Cek Uilşirin ardından daha bir transferini rəsmən açıqlayıb. Sport24.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Almaniyanın “Borussiya” (Dortmund) klubunda çıxış edən ukraynalı yarımmüdafiəçi Andrey Yarmolenkonu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.


Tərəflər 4 illik müqaviləyə imza atıblar. İngiltərə klubunun bu transferə görə 25 milyon avro xərcə düşdüyü bildirilir.


Qeyd edək ki, Ukrayna yığmasının da şərəfini qoruyan 28 yaşlı futbolçu “Borussiya”ya 2017-ci ildə Kiyev “Dinamo”sundan transfer olunmuşdu. O, Dortmund təmsilçisinin heyətində cəmi 18 oyun keçirib, 3 qola imza atıb.
 

16 Noyabr 2018
15 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB