TOP 10

"Qarabağ" üçün tarixi zəfər mövsümü məhz bu gün başlamışdı...

Futbol
Tarix: 2018-07-11 14:14

Azərbaycan klubları 1994-cü ildən başlayan avrokuboklar tarixində 7-ci dəfə 11 iyul tarixində oynayacaq. Sport24.az xəbər verir ki, əvvəlki 6 matçlarda bu tarix bizim üçün daha çox düşərli olub.

 

Düzdür, ilk 2 dəfə məhz Çempionlar Liqasında (ÇL) səfərdə 0:2 hesablı məğlubiyyətlə yadda qalıb. Bu ilk oyundakı uğursuz nəticə sonda klublarımızın mübarizədən kənarda qalmağıyla nəticələnib.

 

Beş il öncə birdən-birə 3 təmsilçimiz bu tarixdə Avropa Liqasında cavab matçlarını keçirib və qol buraxmadan qazandıqları qələbələrlə növbəti mərhələyə çıxıblar. Bunlardan biri məhz "Qarabağ"la olub. Maraqlıdı ki, bu gün ÇL-də Sloveniyada "Olimpiya"nın qonağı olacaq Qurban Qurbanovun komandası ötən mövsüm uğurlu yola, sonda qrupa düşdükləri mövsümə də məhz 11 iyulda başlayıb. Bu, "Samtredia" üzərində Tofiq Bəhramov adına Respublika stadionunda 5:0 hesablı darmadağınla, avrokuboklarda ən böyükhesablı ev qələbəmizlə yadda qalıb. 

 

 

Azərbaycan klublarının 11 iyulda keçirdikləri avrokubok matçlar

2001/02 mövsümü

Çempionlar Liqası, I təsnifat mərhələsi

"Barri Taun" (Uels) - "Şəmkir" 2:0

 

2006/07 mövsümü

Çempionlar Liqası, I təsnifat mərhələsi

"Sioni" (Gürcüstan) - "Bakı" - 2:0

 

2013/14 mövsümü

Avropa Liqası, I təsnifat mərhələsi

"Qarabağ" - "Metallurq" (Makedoniya) - 1:0

Qol: Leroy Corc, 85

 

""Xəzər Lənkəran" - "Slima" (Malta) - 1:0

Qol: Rahid Əmirquliyev, 29

 

"Mariehaym" (Finlandiya) - "İnter" - 0:2

Qollar: Baçana Tsxadadze, 21-pen, Vaqif Cavadov, 86

 

2017/18 mövsümü

Çempionlar Liqası, II təsnifat mərhələsi

"Qarabağ" - "Samtredia" (Gürcüstan) - 5:0

Qollar: Əfran İsmayılov, 10-pen, Dino Ndlovu, 37, 45+1-pen, Donald Gerrye, 83, Migel Madera, 90+2

 

 

19 Iyul 2018
18 Iyul 2018
B.eÇ.aÇC.aCŞB