TOP 10

"Olimpiya"nın kapitanı: "Bilirəm ki, çox yaxşı komanda olan "Qarabağ"ı keçməyə yetərincə səviyyəmiz var"

Futbol
Tarix: 2018-07-11 13:36

Sloveniyanın "Olimpiya" klubunun kapitanı Branko İliç Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la bu axşam keçiriləcək matçla bağlı düşüncələrini bölüşüb. Sport24.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi yeni baş məşqçiləri İliya Stolitsanın iş üslubunu artıq qəbul edtiklərini bildirib: "Çalışdırıcımızın ideyaları xoşumuza gəlir. Ancaq bunları hələ tam qəbul etməmişik, çünki buna sadəcə, vaxtımız olmayıb. Ancaq hesab edirəm ki, buna nə dərəcədə nail olacağımız ilk matçda görünəcək. Bilirəm ki, çox yaxşı komanda olan "Qarabağ"ı keçməyə yetərincə səviyyəmiz var. Rəqibin bir neçə matçını izləmişik, analiz aparmışıq. Qarşıda çətin vəzifəmiz var. Düzgün yanaşma və azarkeşlərimizin dəstəyi sayəsində işimiz asan olacaq". 
 

16 Noyabr 2018
15 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB