TOP 10

Yeni federasiyanın yaradılmasıyla bağlı mətbuat konfransı keçiriləcək

Digər
Tarix: 2018-07-11 13:00

 

İyulun 13-də saat 17:00-da Bakı Biznes Universitetinin Konfrans zalında Wing Chun Döyüş Sənəti Federasiyasının açılması ilə bağlı mətbuat konfransı keçiriləcək. Sport24.az xəbər verir ki, bu döyüş sənəti 10 ildən artıq Azərbaycanda tədris olunub və bu ildən federasiya kimi fəaliyyət göstərir.

 

Tədbirdə federasiyanın idarə heyəti təqdim ediləcək, həmçinin qurumun gələcək planları və qarşısına qoyduğu məqsədlər açıqlanacaq. Qarşıda keçiriləcək respublika çempionatı haqqında federasiya prezidenti, beynəlxalq dərəcəli usta Asif Sayadov ətraflı məlumat verəcək. Tədbirə dəvət olunmuş qonaqlar arasında Ülvi Quliyev, Elnur Məmmədli, Rafael Ağayev, Eduard Məmmədov, Rəşad Əhmədov, Hacı Əliyev, Nizami Paşayev, Şahin İmranov, Elçin Eminov, Bakı Şəhər Baş İdman İdarəsinin rəisi Raqif Abbasov yer alıb.

22 Sentyabr 2018
21 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB