TOP 10

Millimizin baş məşqçisi yeni futbolçular dəvət edəcək: "Bizi nəticədən çox boşluqları görmək maraqlandırırdı"

Futbol
Tarix: 2018-07-11 11:29

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Ramin Quliyev iyunun 20-dən iyulun 10-dək Bakıda təşkil olunan təlim-məşq toplanışı və yoldaşlıq oyunları ilə bağlı affa.az-a fikirlərini bildirib.Sport24.az xəbər verir ki, 37 yaşlı mütəxəsssi İran yığmasıyla sınaq matçlarının da daxil olduğu bu toplanışı faydalı sayır: “İyunun 20-dən bir araya gəlmişdik. Bildiyiniz kimi, oktyabr ayında bizi Avropa çempionatının seçmə mərhələsinin oyunları gözləyir. Bu toplanışa 29 futbolçu dəvət etdik və 3 yoldaşlıq oyunu keçirdik. Nəzərimizdə olan uşaqlar haqda özümüzdə geniş fikir formalaşdırmaq üçün yaxşı imkan yarandı. Futbolçuları kifayət qədər təzyiq və sürət olmayan yerli çempionat oyunlarında izləyən zaman lazımi nəticəni çıxarmaq olmurdu. Toplanış çərçivəsində Asiyanın ən güclü komandalarından biri olan İran millisi ilə oynamaq imkanı qazandıq və keçirdiyimiz 2 qarşılaşmaya əsasən, komanda üzvləri haqda bizdə dolğun bir təəssürat yarandı. Bu gün bizi nəticədən çox mövqelər üzrə boşluqları görmək maraqlandırırdı. İran millisi ilə oyunlar bu boşluqları və ümumi çatışmazlıqları görmək imkanı yaratdı. Bununla da qarşıdakı toplanışlarda hansı mövqelərə yeni oyunçular dəvət etməyin vacib olduğunu müəyyənləşdirdik”.

19 Iyul 2018
18 Iyul 2018
B.eÇ.aÇC.aCŞB