TOP 10

"Qarabağ" üçün ÇL-də 3 yubiley birdən: biri bu gün olacaq, digər ikisi...

Futbol
Tarix: 2018-07-11 10:41

"Qarabağ" bu gün Çempionlar Liqasında (ÇL) yubiley matçına çıxacaq. Sport24.az xəbər verir ki, Qurban Qurbanovun komandası Avropanın ən nüfuzlu klub turnirində 25-ci oyununu keçirəcək.

 

Bu, Sloveniyada "Olimpiya" ilə Bakı vaxtilə saat 22:00-da başlayacaq qarşılaşmadı. 

 

Ağdam klubunun ÇL-də yolu 2014/15 mövsümündən başlayıb və debüt Maltada "Valletta" üzərində 1:0 hesablı qələbə ilə olub. Bu turnirdə ardıcıl 5-ci mövsümünü keçirəcək təmsilçimiz əvvəlki ilk 3 mövsümün hər birində 4 oyun keçirib. Qurban Qurbanovun yetirmələri həmin 2014/15, 2015/16 və 2016/17 mövsümlərin hər birində mübarizəni III təsnifat mərhələsində dayandırıb, Avropa Liqasının pley-off mərhələsinə yollanıb və sonda bu turnirdə qrup mərhələsinin içtirakçısı olub. "Qarabağ" ötən mövsümdə isə ilk dəfə ÇL-də qrup mərhələsinə düşə bilərək 12 matç keçirib. Bu isə ilk 3 mövsümdəki 12 oyunun hamısının bir mövsümdə keçirilməsi demək idi.

 

"Qarabağ"ın ÇL-də 9 qələbəsi var. Göründüyü kimi, bu gün qələbə qazanılarsa, bu, 10-cu, yəni növbəti yubiley olacaq. Ağdam təmsilçisi ilk mövsümdə 3 qələbə qazanıb, Bu, "Valletta"yla hər iki oyunda (səfərdə 1:0, evdə 4:0) və "Zalsburq"la (Avstriya) Bakıdakı matçda (2:1) olub. ÇL-in təsnifat mərhələsində növbəti 2 mövsümün hər birində 1 qələbə olub. Bu, Çernoqoriyada "Rudar"ı 1:0 və "Düdelanj"ı (Lüksemburq) Bakıda 2:0 hesabıyla məğlub etməklə reallaşıb. Ötən mövsüm isə ÇL-də 4 qələbəmiz qeydə alınıb. Bu, Gürcüstan "Samtredia"sını evdə 5:0, səfərdə 1:0, "Şerif"i Moldovada 2:1, Danimarka "Kopenhagen"ini öz meydanında 1:0 hesabıyla yenməklə gerçəkləşib. 

 

Ağdam təmsilçisi bu gün qol vurarsa, o da yubiley - 25-ci olacaq. "Qarabağ" əvvəlki 4 mövsümdə ümumilikdə 24 (2014/15 - 7, 2015/16 - 1, 2016/17 - 4, 2017/18 - 12) fərqlənib. Bu qollardan 22-si ÇL-in təsnifat, 2-si qrup mərhələsində olub. 

21 Sentyabr 2018
20 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB