TOP 10

DÇ-2018-də finalın adı: Fransa - Xorvatiya!

DÇ-2018
Tarix: 2018-07-12 00:37

Rusiyada təşkil olunmuş futbol üzrə dünya çempionatı davam edir. Sport24.az xəbər verir ki, bu gün DÇ-2018-in yarımfinal mərhələsinə yekun vurulub.


Sonuncu finalçının adına Xorvatiya - İngiltərə oyununda aydınlıq gəlib. Qarşılaşmanın əsas vaxtı 1:1 hesabıyla yekunlaşıb. Bu üzdən də qalibi müəyyənləşdirmək üçün əlavə vaxt təyin olunub. Əlavə vaxtda daha bir qol vuran xorvatlar əzmkar qələbə ilə finala yüksəliblər.


Xatırladaq ki, ötən gün Belçikanı 1:0 hesabıyla məğlub edən Fransa yığması artıq finala vəsiqəni təmin etmişdi.


Beləliklə, iyulun 15-də keçiriləcək həlledici oyunda Fransa və Xorvatiya yığmaları üz-üzə gələcək.


DÇ-2018
Yarımfinal

11 iyul


Xorvatiya - İngiltrərə 2:1
Qol: İ.Perişiç, 68. M.Mandzukiç, 109 - K.Trippye, 5.
Baş hakim: Cüneyt Çakır (Türkiyə).
Moskva. “Lujniki” stadionu.


Xorvatiya: 23. Daniel Subaşiç, 2. Şime Vrsalko, 3. İvan Ştriniç, 4. İvan Perişiç, 6. Deyan Lovren, 7. İvan Rakitiç, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç, 17. Mario Mandzukiç, 18. Ante Rebiç, 21. Domaqoy Vida.
Ehtiyat oyunçular: 1. Dominik Livakoviç, 5. Vedran Çorluka, 8. Mateo Kovaçiç, 9. Andrey Kramariç, 12. Lovre Kaliniç, 13. Tin Yedvay, 14. Filip Bradariç, 15. Duya Çaleta-Çar, 19. Milan Badel, 20. Marko Pyaça, 22. Yosip Pivariç.
Baş məşqçi: Zlatko Daliç.
İngiltərə: 1. Cordan Pikford, 2. Kili Uolker, 5. Con Stounz, 6. Harri Maquayr, 7. Cessi Linqard, 8. Cordan Henderson, 9. Harri Keyn (k), 10. Rahim Sterlinq, 12. Kiran Trippye, 18. Eşli Yanq, 20. Dele Alli.
Ehtiyat oyunçular: 3. Denni Rouz, 4. Erik Dayer, 11. Ceymi Vardi, 13. Cek Batlend, 14. Denni Uelbek, 15. Qari Keyhill, 16. Fil Cons, 17. Fabian Delf, 19. Markus Reşford, 21. Ruben Loftus-Çik, 22. Trent Aleksandr-Arnold, 23. Nik Pope.
Baş məşqçi: Qaret Sautqeyt.

25 Sentyabr 2018
24 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB