TOP 10

“Qarabağ” - “Olimpiya” matçının biletləri bu gündən etibarən satışda!

Futbol
Tarix: 2018-07-11 01:01

UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”la Sloveniya çempionu “Olimpiya” arasında keçiriləcək cavab matçının biletləri satışa çıxarılır. Sport24.az xəbər verir ki, sözügedən matçın biletlərini bu gün - iyulun 11-dən etibarən aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə etmək olar.


Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdı. Ətraflı məlumatla iticket.az saytından tanış ola bilərsiniz.


Biletlərin qiymətləri sektorlara uyğun olaraq 1, 2, 3, 5 və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdı.


Qeyd edək ki, “Qarabağ” - “Olimpiya” matçı iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.


Şatış məntəqələri:


T. Bəhramov adına Respublika stadionunun kassaları (11:00-20:00)
Asan Xidmət Mərkəzləri (ASAN 1, ASAN 2, ASAN 3, ASAN 4, ASAN Sumqayıt) (I - V: 10:00- 19:00, VI-VII: 10:00-17:00 (Fasilə: 14:00 - 15:00))
Heydər Əliyev Sarayının kassası (11:00-19:00, Fasilə: 14:00-15:00)
28 Mall (10:00 - 22:00)
Gənclik Mall (10:00- 22:00)
Park Bulvar (Qarabağ FK Fanshop) (10:00 - 22:00)
M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı) (10:30-18:30, Fasilə: 15:00-16:00)
Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı) (11:00-19:00, Fasilə: 15:00-16:00)
Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası) (10:00-18:00, Fasilə: 14:00-15:00)
 

25 Sentyabr 2018
24 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB