TOP 10

"Səbail" ilk legioner transferini həyata keçirdi

Futbol
Tarix: 2018-07-10 22:42

"Səbal" yay fasiləsində növbəti transferini həyata keçirib. Klubun mətbuat xidmətinin rəhbəri Tora Əhmədova Sport24.az-a açıqlamasında ukraynalı legioner İqor Korotetskinin keçidinin artıq rəsmiləşdiyini bildirib.

 

Ötən mövsümün ikinci yarısını "Kəpəz"də keçirən 31 yaşlı mərkəz müdafiəçisiylə 2 illik müqavilə imzalanıb. Bu gün Türkiyəyə gələn İqor yüngül məşq edib. O, komandanın Bakıdakı hazırlıq mərhələsində iştirak edəndən sonra qısa müddətə vətəninə getmişdi. İyulun 9-da Türkiyəyə yollanan bakılılar Kızılcahamamda “Çam Thermal Resort & Spa Hotel”də məskunlaşıb.

 

Xatırladaq ki, Korotetski "Səbail"n cari mövsümlərarası fasilədə ilk legioner transferidi. Aftandil Hacıyevin komandası bunadək yerli futbolçuları - Rahid Əmirquliyev, Ağabala Ramazanov (hər ikisi "Qarabağ"), Şəhriyar Rəhimov ("Kəpəz"), Vüqar Bəybalayev ("Sumqayıt") və Ruslan Qurbanovu ("Qəbələ") transfer edib, Fəhmin Muradbəylini ("Neftçi") icarəyə götürüb. 

21 Sentyabr 2018
20 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB