TOP 10

RƏSMİLƏŞDİ: Ronaldo “Yuventus”da!

Dünya Futbolu
Tarix: 2018-07-10 20:09

Portuqaliya yığmasının ulduz futbolçusu Kristiano Ronaldonun uzun illərdi formasını geyindiyi Madrid “Real”ından ayrılığı rəsmiləşib.


Sport24.az xəbər verir ki, bu barədə İspaniya nəhənginin rəsmi saytı məlumat yayıb. “Real” sözügedən oyunçunun “Yuventus”a keçmək arzusunda olduğu üçün ayrılmaq istədiyini və buna qarşı çıxmadıqlarını açıqlayıb. Lakin hələlik, İtaliya çempionu bu transferi rəsmi olaraq açıqlamayıb. 


Transferin maddi detalları da açıqlanmır. Lakin İtaliya və İspaniya mətbuatı iki klubun 105 milyon avroluq təzminatla bağlı razılaşdığını iddia edir.


Qeyd edək ki, Portuqaliyanın “Sportinq” klubunun yetirməsi olan 33 yaşlı futbolçu “Real”a 2009-cu ildə İngiltərənin “Mançester Yunayted” klubundan transfer edilmişdi. O, ikinci pillədəki Rauldan 303 oyun az keçirməsinə baxmayaraq, Madrid təmsilçisinin heyətində çıxdığı 438 qarşılaşmada 451 qol vurmaqla bu klubun ən çox qola imza atan futbolçusudu. 
 

21 Sentyabr 2018
20 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB