TOP 10

“CBC Sport”un baş direktoru: “Olimpiya” – “Qarabağ” matçını yayımlamayacağıq”

Futbol
Tarix: 2018-07-10 16:42

“Olimpiya” – “Qarabağ” matçını yayımlamayacağıq”. Bu sözləri Sport24.az-a verdiyi açıqlamada “CBC Sport” kanalının baş direktoru Volkan Üst deyib.

 

Son günlər bir sıra mətbu orqanları qarşılaşmanın “CBC Sport” tərəfdən yayımlanacağını bildirir. Kanal rəhbəri isə tam fərqli sözlər deyir. Volkan bəy Sloveniyada heç bir kanalın oyuna maraq göstərmədiyini bildirərək, “CBC Sport”un əlacsız olduğunu dilə gətirdi: “Son günə qədər gözlədik. Heç bir yerli kanal oyunu yayımlamayacaq. Belə olan halda bizim də edə biləcəyimiz bir şey yoxdu”.

 

Qeyd edək ki, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində baş tutacaq “Olimpiya” – “Qarabağ” görüşü sabah Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
 

19 Iyul 2018
18 Iyul 2018
B.eÇ.aÇC.aCŞB