TOP 10

Nika Kvekveskiri: "Ümid edirəm ki, "Tobol"la avrokuboklar yolumuz "Qəbələ"dəki kimi uzun olacaq"

Futbol
Tarix: 2018-07-10 10:01

"Qəbələ"nin gürcüstanlı sabiq legioneri, hazırda Qazaxıstan "Tobol"unda çıxış edən Nika Kvekveskiri Avropa Liqasının I təsnifat mərhələsində Gürcüstanın "Samtredia" klubu ilə səfər matçı öncəsi fikirlərini açıqlayıb. Sport24.az xəbər verir ki, vətənində olmaqdan məmnunluq duyan 26 yaşlı yarımmüdafiəçi təmsilçimizin heyətindəki çıxışı xatırlayıb: "Gürcüstanda, evdə olmaq xoşdu. Qarışıq hisslərdi, çünki ilk təsnifat mərhələsində Gürcüstan komandasıyla qarşılaşmaq istəməzdim. Sonadək çalışmağa səy göstərəcəm və mərhələ keçmək üçün yüz faiz gücümü qoyacam. "Samtredia"yla mənim üçün artıq ikinci mərhələ başlayır. Çünki "Qəbələ"də oynayanda da bu komandayla qarşılaşmışdım. Onda qrupa çıxdıq, əsas mərhələyə düşdük. Ümid edirəm ki, "Tobol"la da avrokuboklar yolumuz keçmiş komandamda olduğu kimi uzun olacaq. Həm mən, həm də bütün futbolçularımız Kostanayda azarkeşlərimizi sevindirməyə çalışacağıq".

 

Qeyd edək ki, "Qəbələ" 2016/17 mövsümündə "Samtredia"nı Avroliqanın I təsnifat mərhələsində (evdə 5:1, səfərdə 1:2) keçib. 

 


 

19 Iyul 2018
18 Iyul 2018
B.eÇ.aÇC.aCŞB